Əfqanıstanda partlayış olub, 4 nəfər ölüb
Nəşrin məlumatına görə, partlayış yerli vaxtla saat 11:00-da Məzari-Şərifdəki Tabian mədəniyyət mərkəzində baş verib. Partlayış nəticəsində ölənlərin, o cümlədən jurnalistlərin olduğu bildirilir. Qəzet partlayışa nəyin səbəb olduğunu açıqlamır.
“Əl-Cəzirə” telekanalının Əfqanıstan hökumətindəki radikal “Taliban” hərəkatındakı mənbəsinin verdiyi məlumata görə, azı 4 nəfər həlak olub, daha 16 nəfər yaralanıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


