Kiyev Avropaya inteqrasiya ilə bağlı ilkin qiymətləndirməni gözləyir
“Biz gözləyirik ki, may ayında Aİ-nin ümumi məsələlər üzrə şurasının iclası olanda belə bir qiymətləndirmə təqdim olunacaq. Ola bilsin ki, Kiyevdə müxtəlif səviyyələrdə səfərlər zamanı ilkin danışıqlar da aparılsın. Artıq martın 20-də mən ümumi məsələlər şurasının qeyri-rəsmi iclasında iştirak edəcəyəm, burada biz bütün 7 tövsiyəni müzakirə edəcəyik və konkret tarix müəyyənləşdirəcəyik”.
Ukrayna baş nazirinin müavini qeyd edib ki, o, avropalı siyasətçiləri Kiyevdə Aİ Şurasının ümumi məsələlər üzrə iclasını keçirməyə dəvət etmək niyyətindədir. O, həmçinin əlavə edib ki, bu vaxta qədər ölkə Aİ-nin əsas meyarlarının icrasını başa çatdırmalıdır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


