TDT-nin növbəti Zirvə görüşü oktyabrda keçiriləcək

   TDT-nin növbəti Zirvə görüşü oktyabrda keçiriləcək
  16 Mart 2023    Oxunub:986
Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşü bu ilin oktyabr ayında Qazaxıstanda keçiriləcək.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, TDT-nin X sammiti Türküstanda baş tutacaq: “Bu ilin payızında TDT-yə sədrlik Qazaxıstana keçəcək. Bu müddət ərzində bir sıra əlamətdar tədbirlər keçirməyi planlaşdırırıq".

AzVision.az


Teqlər:



Xəbər lenti