Fransada pensiya yaşı 64-ə qaldırıldı

   Fransada pensiya yaşı 64-ə qaldırıldı
  16 Mart 2023    Oxunub:1267
Fransada pensiya yaşını 62-dən 64-ə qaldıran qanun qəbul edib.
AzVision.az xəbər verir ki, bu gün Milli Assambleya qanun layihəsinə səs verməli idi. Lakin baş nazir Elizabet Born Makronun icazəsi ilə qanunun parlamentin təsdiqi olmadan qəbul edilməsinə icazə verən Konstitusiyanın 49.3-cü maddəsindən yararlanıb.

Bloomberg yazır ki, müxalif deputatlar dərhal hökumətə etimadsızlıq səsverməsinə çağırış edib.

"Biz pensiyalarımızın gələcəyinə mərc edə bilmərik. Hər kəs öz vicdanına və keçmiş mövqelərinə görə səs versəydi, biz indiki yerdə olmazdıq", Born hökumətin qərarını elan edərkən Parisdə millət vəkillərinə deyib.

Makron etimadsızlıq səsverməsini itirərsə, pensiya yaşı haqqında qanun layihəsi ləğv ediləcək və hökumət istefaya getməli olacaq. Lakin belə bir addım bəzi mühafizəkar qanunvericilərin dəstəyini tələb edəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti