İsveç Ukraynaya “Archer” özüyeriyən artilleriya qurğusu verəcək
"Özüyeriyən silahlar ukraynalılara Rusiya artilleriya sistemlərini məhv etmək imkanı verəcək", - müdafiə naziri Pol Conson bildirib.
Cəmi səkkiz özüyeriyən silah və 10 tankın dəyəri altı milyard krondan bir qədər çox qiymətləndirilir. Bu, Silahlı Qüvvələrin 2024-2026-cı illər ərzində texnikanın dəyişdirilməsi üçün xərclənən bəsaitə bərabərdir.
"Archer" yük maşınlarına quraşdırılmış səkkiz metrlik top lülələri olan özüyeriyən artilleriya qurğusudur. Tez hərəkət etməyi, tez atəş etməyi bacarır və böyük dəqiqliyə malikdir.
Atış məsafəsi baxımından "Archer" Amerikanın "Himars" raket artilleriya sistemi ilə rəqabət apara bilməz. Lakin müdafiə naziri Consonun sözlərinə görə, "Archer" "Himars"lara yaxşı əlavədir və ilk növbədə düşmən artilleriyasını məhv etmək üçün istifadə olunacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


