İsveçrə parlamenti Rusiya ilə bağlı qanun layihəsini təsdiqləyib

İsveçrə parlamenti Rusiya ilə bağlı qanun layihəsini təsdiqləyib
  17 Mart 2023    Oxunub:948
İsveçrə parlamenti Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə imkan verən qanun layihəsini təsdiqləyib.
Qanun layihəsinin təsdiqlənməsi BMT-nin təhqiqat orqanının Rusiyanın Ukraynaya müdaxiləsinin və silahlı qüvvələrə hücumlarının təcavüz aktı kimi qiymətləndirilməsi qənaətinə gəlmək üçün əsaslar tapdığını söylədikdən bir neçə saat sonraya təsadüf edir.

Təcavüz cinayəti geniş mənada başqa bir suveren dövlətə basqın və ya onun üzərində siyasi və hərbi nəzarətin yaradılması cəhdi kimi müəyyən edilir. Qeyd olunub ki, İsveçrənin öz qanunvericiliyində təcavüz cinayətini qəbul etməsi ona beynəlxalq hüquq çərçivəsində ən ağır cinayətlərə görə cəzasızlığa qarşı mübarizəni gücləndirməyə imkan verəcək.

Sənəd 127 “lehinə”, 53 “əleyhinə” səslə qəbul edilib. Qanun layihəsi İsveçrə qanunlarını Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna edilmiş düzəlişlərə uyğunlaşdırır.


AzVision.az


Teqlər:



Xəbər lenti