Berdiməhəmmədov Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdü

 Berdiməhəmmədov Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdü
  17 Mart 2023    Oxunub:1064
Türkmənistan Xalq Şurasının (Xalq Şurasının) sədri, eks-prezident Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməyi təklif edib.
AzVision.az xəbər verir ki, bu barədə rəsmi “Neytral Türkmənistan” qəzeti məlumat yayıb. Berdiməhəmmədov qeyd edib ki, 22 ildir ki, o, görkəmli şəxsiyyət və dünya səviyyəli siyasi xadim olan Ərdoğanla yaxından tanışdır. Onun sözlərinə görə, Türkiyə lideri təkcə öz xalqının deyil, bütün müsəlman xalqların dinc həyatının təmin olunması üçün çoxlu işlər görür.

“Buna əsasən, Türkiyə Prezidentinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi təklif edilir və biz bütün müvafiq təklifləri tam dəstəkləyirik. O, bu beynəlxalq mükafata layiq liderdir”.


AzVision.az


Teqlər:



Xəbər lenti