“Liska” ləqəbli məşhur erməni qubernatorun oğlu saxlanıldı

“Liska” ləqəbli məşhur erməni qubernatorun oğlu saxlanıldı
  17 Mart 2023    Oxunub:890
Ermənistanda məşhur məmurlardan olmuş Surik Xaçatryanın oğlu həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə kriminal xəbər saytı "Shamshiyan" məlumat yayıb.
Qeyd edilir ki, martın 17-də Ermənistan Daxili İşlər Nazirliyinin İrəvan Polis İdarəsinin xüsusi təyinatlı batalyonunun (qırmızı beretlilər) əməkdaşları Trdat Xaçatryanı saxlayıblar.

Myasnikyan prospektində yerləşən “Crazy” gecə klubundan tutulan Trdat Maraş polis bölməsinə çatdırılıb. Nəşr yazır ki, T.Xaçatryan Sünik şəhərinin keçmiş qubernatoru, “Liska” ləqəbli Surik Xaçatryanın oğludur.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti