Borel Avropanı Tayvanla bağlı xəbərdarlıq etdi

   Borel Avropanı Tayvanla bağlı xəbərdarlıq etdi
  18 May 2023    Oxunub:1138
Avropa İttifaqı Tayvan məsələsində “vahid Çin” siyasətini davam etdirir.
Bunu Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Josep Borel bəyan edib. Onun sözlərinə görə, Avropa İttifaqı vəziyyətin gərginləşməsi risklərini azaltmağa çalışmalıdır:

"Brüssel mübahisəli adaya qarşı hər hansı güc tətbiq ediləcəyi təqdirdə ciddi iqtisadi nəticələr təhlükəsi barədə xəbərdarlıq edir. Tayvana münasibətdə Aİ-nin mövqeyi ardıcıl olaraq qalır. Status-kvonun hər hansı birtərəfli dəyişikliyi və hər hansı güc tətbiqi çox böyük iqtisadi, siyasi və təhlükəsizlik təsirləri ola bilər. Aİ bütün ssenarilərə hazırlaşmalıdır".


AzVision.az


Teqlər:



Xəbər lenti