İranlı qadın İnsan Hüquqları və Demokratiya üzrə mükafat alıb

   İranlı qadın İnsan Hüquqları və Demokratiya üzrə mükafat alıb
  18 May 2023    Oxunub:1428
Belçikada yaşayan İranlı hüquq müdafiəçisi Şima Babayi İnsan Hüquqları və Demokratiya üzrə Cenevrə Sammitinin Qadın Hüquqları Mükafatına layiq görülüb.
AzVision.az xəbər verir ki, bu mükafatla təltif olunması barədə xanım Babayi öz Tvitter hesabında məlumat veirb.

“Bu mükafatı gözlərinin boş olması qəhrəmanlıqlarının əlaməti olan iranlı mübariz qadınlara həsr edirəm. İran xalqının azadlığı olan böyük mükafatı almaq ümidi ilə”, - iranlı qadın yazıb.

Qeyd edək ki, Şima Babayi 2021-ci ilin dekabrında Maku şəhərində İran sərhədini tərk edərkən yoxa çıxan keçmiş siyasi məhbus və İran hökumətinin tənqidçisi İbrahim Babayinin qızıdır.

AzVision.az


Teqlər:



Xəbər lenti