Ərdoğan üçüncü dəfə prezidentliyə namizəd olmayacaq

   Ərdoğan üçüncü dəfə prezidentliyə    namizəd olmayacaq
  19 May 2023    Oxunub:1147
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən seçiləcəyi təqdirdə üçüncü dəfə prezidentliyə namizəd olmayacağını bildirib.
AzVision.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində deyib.

Ərdoğan qeyd edib ki, Türkiyədə mövcud qaydalara əsasən, prezident yalnız iki dəfə seçilə bilər və onun ilk səlahiyyət müddəti başa çatıb.

Türkiyə lideri aparıcının 2033-cü ilə qədər ölkəyə rəhbərlik etməyi planlaşdırıb-planlamaması ilə bağlı sualını cavablandırarkən, “İkinci müddətə yenidən seçilməklə bu proses uğurla başa çatacaq”-, deyə prezident bildirib.
AzVision.az


Teqlər: Türkiyə  



Xəbər lenti