Əfqanıstanda helikopter qəzası: İki pilot ölüb

   Əfqanıstanda helikopter qəzası:    İki pilot ölüb
  21 May 2023    Oxunub:1350
Əfqanıstanın Samanqan əyalətində “Taliban”a məxsus helikopter qəzaya uğrayıb, iki pilot həlak olub. Bu barədə RİA Novosti mənbələrə istinadən məlumat yayıb.
“Taliban”a məxsus helikopter elektrik xətti ilə toqquşaraq qəzaya uğrayıb”, – yerli mənbələr bildirib.Samanqan təhlükəsizlik mənbələrinin məlumatına görə, iki pilot həlak olub.

2021-ci il avqustun əvvəlində Taliban Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdi, avqustun 15-də Kabilə daxil oldu və ertəsi gün müharibənin bitdiyini bəyan etdi.

Avqustun son iki həftəsində ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə edilib. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstandakı təxminən 20 illik hərbi mövcudluğuna son qoyub. Sentyabrın əvvəlində Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Əfqanıstan  



Xəbər lenti