Məhsa Əmininin məzarı dağıdılıb
“Təəssüflər olsun ki, bazar günü səhəri əvvəllər də eyni əməlləri törətdiyi məlum olan insanlar Məhsa Əmininin adını daşıyan məzara hücum edərək dağıdıblar. Məhsanın valideynlərinin mənə göndərdiyi fotolar da bunu təsdiqləyir. Məhsanın qəbri üzərində çardaq tikilməsinə də mane olublar. Çardağı tikməli olan qaynaqçını dükanının möhürlənəcəyi ilə hədələyərək bu işdən çəkinməyə məcbur ediblər” - Nikbəxt söyləyib.
İran hakimiyyətinin belə metodlarla siyasi mübarizənin simvolunu təhqir etməsi və cəmiyyəti mübarizədən çəkindirməyə çalışması teokratik rejimin öz aqoniyasını uzatmaq cəhdlərindən xəbər verir. Amma xalqın qəzəb selinin qarşısını almaq tarixdə hələ heç bir istibdadçı rejimə müyəssər olmayıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


