Zaxarov Paşinyana cavab verdi: "Sözlərlə manipulyasiyanın təhlükəsini anlamaq lazımdır"

   Zaxarov Paşinyana cavab verdi:    "Sözlərlə manipulyasiyanın təhlükəsini anlamaq lazımdır"
  24 May 2023    Oxunub:1686
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı qalmaqallı açıqlamasına reaksiya verib.
AzVision.az xəbər verir ki, o, "Mən İrəvanda texniki baxımdan bu məsələlərin necə göründüyünü başa düşmürəm və biz bu barədə dəfələrlə danışmışıq" deyib. XİN rəsmisi həmçinin Nikol Paşinyanın KTMT-nin Ermənistanı tərk etməsi və ilə bağlı sözlərini şərh edərkən qeyd edib ki, işlədilən ifadə anlaşılmazdır.

“Əgər bu Ermənistanın KTMT-dən çıxması ilə bağlı lobbiçilik etmək üçün xüsusi ifadədirsə, mənə elə gəlir ki, sözlərlə olan manipulyasiyanın təhlükəsini başa düşmək lazımdır. KTMT Ermənistanı necə tərk edə bilər ki? Yaxşı olardı ki, bir daha bu haqda ətraflı danışardılar. Söhbətin nədən getdiyi o qədər də aydın deyil”, - Zaxarova bildirib.

AzVision.az



Teqlər: Zaxarova  



Xəbər lenti