Türkiyədə azərbaycanlı terrorçu tutuldu

   Türkiyədə azərbaycanlı terrorçu tutuldu
  24 May 2023    Oxunub:1202
Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İŞİD terror təşkilatı ilə əlaqəsi olan şəxslərin müəyyən edilməsi üçün İstanbul, Konya və Antalya şəhərlərində əməliyyat keçirilib.
Nəticədə 12 şübhəli saxlanılıb. Saxlanılanlardan Bülent Özbuğday adlı şəxs İŞİD adına fəaliyyət göstərən qrup yaradıb və icarəyə götürdüyü yeri məscidə çevirib, orada təşkilati fəaliyyətlər həyata keçirib.

Həmin təşkilatın üzvü, əslən Azərbaycandan olan Əbdürrəhman Mediyev münaqişə zonasından gələnlərin məskunlaşmaları üçün yerlər təşkil edib, münaqişə zonasında olan təşkilat üzvlərinin ailələrinə köməklik göstərib və münaqişə zonasına getmək istəyənlər üçün maddi-texniki dəstək verib.


AzVision.az


Teqlər:



Xəbər lenti