|
|
Paşinyan: "Ermənistanla Azərbaycan kommunikasiyaların açılması barədə razılığa gəlib" |
Nazir əlavə edib ki, danışıqlar zamanı məsələlər iki kateqoriyaya bölünür - fundamental və vacib həyati, tamamlayıcı və ya əlaqəli. Onun sözlərinə görə, İrəvan və Bakı ikinci qrupa aid bir sıra məsələlərdə anlaşmaya malikdirlər, lakin həyati vacib məsələlərdə fikir ayrılıqları var.
"Biz güman edirik ki, razılaşana qədər danışıqları davam etdirəcəyik”, - Mirzoyan bildirib. XİN rəhbəri əlavə edib ki, Ermənistan tərəfi üçün qırmızı xətt ölkənin 29,8 min kvadratkilometr daxilindəki sərhədləridir.
“Bu və digər qırmızı xətlər var və bu sahələrdə danışıqlar davam edir”, - deyə o, yekunlaşdırıb.
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında Vaşinqtonda danışıqlar 4 gün (1-4 may) davam edib. Bundan sonra mayın 14-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş baş tutub. Mayın 19-da Moskvada nazirlərin növbəti görüşü keçirilib.
Şahanə Rəhimli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


