Dünyanın keçmiş siyasi rəsmilərinin Baydendən tələbi

   Dünyanın keçmiş siyasi rəsmilərinin Baydendən tələbi
  25 May 2023    Oxunub:805
Yüzdən çox keçmiş dünya lideri ABŞ prezidentinə ünvanladıqları məktubda Baydenin İranla bağlı strategiyasını tənqid edərək, onun Tehrana qarşı daha sərt davranmasını istəyiblər. ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens və 107 keçmiş dünya liderinin imazaladığı bu məktub Co Baydenlə yanaşı onun Kanada, Böyük Britaniya və Avropadakı həmkarlarına da göndərilib.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Liz Truass, Kanadanın sabiq baş naziri Stiven Harper və Avropa Komissiyasının iki keçmiş prezidenti də məktubu imzalayanlar arasındadır. Onlar Qərbdən İrana qarşı daha sərt yanaşmaq və rejimin dəyişdirilməsini tələb edən iranlı etirazçıları ciddi şəkildə dəstəkləmək tələbini qoyublar.

- Biz hesab edirik ki, İran rəhbərliyini törətdiyi cinayətlərə görə cavabdehliyə cəlb etməyin vaxtı çatıb. Ölkələrinizdən mövcud rejimi dəyişmək və qətiyyətli addımlar atmaq səylərində İran xalqının yanında olmalarını xahiş edirik. Bura SEPAH-ın qara siyahıya salınması və rejim rəsmilərinin insanlığa qarşı cinayətlərə görə məsuliyyətə cəlb edilməsi daxildir”, - məktubda deyilir.

Qeyd edək ki, SEPAH artıq ABŞ tərəfindən terror təşkilatı kimi tanınıb, lakin ötən ilin yanvarında Avropa parlamenti SEPAH-ın adının terrorçu qruplar siyahısına daxil edilməsinə səs versə də, Avropa Şurası və Avropa İttifaqına üzv dövlətlər bu qərarı dəstəkləməyiblər.
Sözügedən məktubu imzalayanlar İranın xarici siyasətində Yaxın Şərq və Avropaya “müdaxiləsini”, Ukrayna müharibəsində istifadə üçün ölümcül pilotsuz təyyarələr göndərdiyini vurğulayıblar. Onlar İranı, habelə, Donald Trampın prezidentliyi dövründə Ağ ev administrasiyasının yüksək vəzifəli şəxsləri də daxil olmaqla, ABŞ ərazisində amerikalılara qarşı sui-qəsd dalğasının arxasında durmaqda ittiham ediblər.

AzVision.az


Teqlər: Bayden   İran  





Xəbər lenti