10 il Zahidan həbsxanasında saxlanılan kürd məhbus edam edilib

 10 il Zahidan həbsxanasında saxlanılan kürd məhbus edam edilib
  29 May 2023    Oxunub:891
Son vaxtlar İranda edamların sayının artması ölkə daxilində və beynəlxalq miqyasda sərt reaksiya doğursa da, teokratik rejim repressiya siyasətini davam etdirir.
AzVision.az xəbər verir ki, Zahidan mərkəzi həbsxanasında 10 illik qərarsızlıqdan sonra kürd mənşəli məhbus şənbə günü edam edilib.

Bu barədə “Hengaw” insan haqları internet saytı məlumat verib.
“İlam əyalətinin Sərablə şəhərindən olan Hüseyn Sultanyanın edam hökmü qəsdən adam öldürmə ittihamı ilə Zahidan mərkəzi həbsxanasında icra olunub. Sultanyan son 10 ilini həbsdə keçirib və bu müddət ərzində o, iddia edilən qətldə iştirakını dəfələrlə inkar edib. Sultaniyan bu yaxınlarda öz məktubunda işindəki qeyri-müəyyənlik səbəbindən hakimindən ölüm hökmünün icrasını xahiş etmişdi” – yayımlanan xəbərdə deyilir.

İran İnsan haqları təşkilatının hesabatına görə, İran məhkəmə sistemi bu ilin əvvəlindən indiyədək 287 məhbus haqqında edam hökmünü icra edib.

AzVision.az


Teqlər: İran   edamlar  



Xəbər lenti