Ərdoğan Orbanı andiçmə mərasiminə dəvət etdi

   Ərdoğan Orbanı andiçmə mərasiminə dəvət etdi
  01 İyun 2023    Oxunub:703
Macarıstanın baş naziri Viktor Orban telefon danışığında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı növbəti 5 il müddətinə prezident seçilməsi münasibətilə təbrik edib və ondan andiçmə mərasiminə dəvət alıb.
Bu barədə çərşənbə günü Macarıstanın baş nazirinin mətbuat katibi Bertalan Havaşi məlumat verib. O qeyd edib ki, qitə bir çox təhlükəsizlik çağırışları ilə üz-üzə qaldığından türk xalqının qərarı və Türkiyənin sabitliyi bütün Avropa üçün yaxşı xəbərdir. Bu baxımdan, güclü və etibarlı Türkiyəyə ehtiyac var.

Mətbuat katibinin sözlərinə görə, Ərdoğan təbrikə görə həmsöhbətinə təşəkkür edib, Macarıstan-Türkiyə münasibətlərinin daha da inkişafına hazır olduğunu bildirib və Orbanı yubileyi münasibətilə təbrik edib. Çərşənbə günü baş nazirin 60 yaşı tamam olub.

Bundan əlavə, Ərdoğan Orbana Türkiyədə keçiriləcək andiçmə mərasiminə dəvətini çatdırıb və Macarıstanın baş naziri bunu minnətdarlıqla qəbul edib.

AzVision.az


Teqlər:





Xəbər lenti