Milli Müqavimət şurası İranın neft şirkəti barədə məxfi sənədlər ələ keçirib

   Milli Müqavimət şurası İranın neft şirkəti barədə məxfi sənədlər ələ keçirib
  01 İyun 2023    Oxunub:1250
Xalq Mücahidləri təşkilatının siyasi qolu olan İranın Milli Müqavimət şurası “Petrochemical Trading Company International” (PCCI) adlı İran hökumətinə aid şirkətlərdən birinin sanksiyalardan yayınmaq üçün istifadə olunduğunu göstərən “məxfi sənədlər” əldə edib.
AzVision.az xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında məlumat verən Milli Müqavimət şurası sözügedən şirkətdən İranın təhlükəsizlik, habelə Tehranın xaricdə dəstəklədiyi qüvvələrin əlavə maliyyələşdirilməsi üçün istifadə edildiyini açıqlayıb.

“Silahlı qüvvələrin və xüsusən də SEPAH-ın nəzarəti altında olan bu şirkətin obyektləri İran daxilində etirazların yatırılmasında iştirak edən hökumət təhlükəsizlik qüvvələri və digər qüvvələr üçün əlavə vəsait təmin etmək üçün açıq şəkildə fəaliyyət göstərir. Gəlirlərin daha bir hissəsi İranın bölgədəki siyasi əməliyyatları üçün istifadə olunacaq. 2000-ci ildə qurulan “Petrochemical Trading Company International” (PCCI) İran hüdudlarından kənarda (xüsusən də sanksiyalara məruz qalmayan ölkələrdə) filial və şirkətlər yaradaraq, astronomik nisbətdə neft və neft-kimya sanksiyalarından yan keçir”, - bəyanatda deyilir.

Məlumata görə, şirkət ölkənin Silahlı qüvvələrinin Baş qərargahına məxsus xam nefti satır və İranın gündəlik ixrac etdiyi 1 milyon 460 min barrelin təxminən 990 min barrelində paya malikdir. Şirkətin işçiləri həm də Suriya neftinin tədarükü üçün Müdafiə nazirliyi və Silahlı qüvvələrə Dəstək azirliyinin nümayəndə heyətini müşayiət edir, Müdafiə nazirliyinin ixrac etdiyi karbamidin və Çin bazarlarında Venesuela neftin satışı ilə məşğuldurlar.

AzVision.az


Teqlər: İran   neft  



Xəbər lenti