Qaribaşvili və Zelenski niyə salamlaşmadılar?

   Qaribaşvili və Zelenski niyə salamlaşmadılar?
  06 İyun 2023    Oxunub:828
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Moldovada keçirilən sammitdə Ukrayna prezidenti Vladimir Zelenski ilə salamlaşmamasında qəribə heç nə görmədiyini deyib. Bu barədə RİA Novosti məlumat yayıb.
"Burada hər şey çox sadədir. Sizə, jurnalistlərə, mediada və aşağılanmış müxalifətdə baş verənlərə baxanda mənə gülməli gəlir. Xüsusi heç nə yox idi. Orada 45 ölkənin lideri var idi. Bəlkə də onlardan 10 nəfəri Zelenski ilə görüşdü. Zelenski ilə əl sıxmaq üçün növbə yox idi”, - Qaribaşvili bildirib.

Jurnalistlər Qaribaşvilidən şəxsən Zelenskiyə nə demək istədiyini soruşub.

"Salam verərdim, Ukraynada müharibəyə son, ərazi bütövlüyü və sülh arzulayardım", -deyə baş nazir cavablandırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Gürcüstan   Ukrayna  





Xəbər lenti