AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) yeni dövrdə ilk toplantısının nəticələrinə dair bəyanatda deyilir. Bildirilib ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həll təkcə Qafqazda daimi sülhün bərqərar olması üçün zəmin yaratmayacaq, həm də qlobal miqyasda sabitliyin bərqərar olmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən toplantı 3 saat davam edib.
AzVision.az