"10 yaşlı oğlum da cəbhədədir" - Zelenski

   "10 yaşlı oğlum da cəbhədədir" -    Zelenski
  09 İyun 2023    Oxunub:1384
Jurnalist Paul Rontshaymer Ukrayna prezidenti Vladimir Zelenskidən on yaşlı oğlunu cəbhəyə göndərməyə hazır olub-olmamasını soruşub. Bununla bağlı müsahibə Bild YouTube kanalında yayımlanıb.
“Bu gün Ukraynada olan hər kəs, hamı öz cəbhəsində vuruşur”, - deyə dövlət başçısı cavab verib. O, həmçinin əlavə edib ki, ölkədə atışma gedir və Rusiya Kaxovka Su Elektrik Stansiyasını dağıdıb.

Dövlət başçısı Ukraynanı tərk etməyən hər kəsin cəbhədə olduğunu deyib, həkimləri, elektrikçiləri və övladlarını misal çəkib. “Oğlumun on yaşı var və Ukraynadadır. O, xaricə gedə bilməz”, - Zelenski fikrini yekunlaşdırıb.

İyunun 7-də Zelenski Ukrayna Silahlı Qüvvələrinin hücum cədvəlinin təsdiq edildiyini açıqlayıb. “Biz qoşunlarımızın hərəkətinə başlamaq üçün qrafiki təsdiqləmişik, qərarlar qəbul edilib”, - deyə siyasətçi bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Zelenski  



Xəbər lenti