"Hərbi qarışıqlıqlar Rusiyanın kimlik göstəricisidir" - Politoloq

 "Hərbi qarışıqlıqlar Rusiyanın kimlik göstəricisidir" -  Politoloq
  24 İyun 2023    Oxunub:6830
""Vaqner" özəl hüquqi şirkətin və yaxud digərlərinin yaratdığı hərbi qarışıqlıqlar Rusiya imperiyasının tərkib hissəsidir. Bunlar imperiyanın sanki keyfiyyət və kimlik göstəricisidir"
Rusiyada "Vaqner" böhranı: Ordu xüsusi təyinatlılarla üz-üzə gəlir
AzVision.az xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu Rusiyada "Vaqner"çilərin üsyanı ilə bağlı vəziyyəti şərh edərkən deyib. Onun sözlərinə görə, həm Romanovlar, həm sonrakı dövlərlərdə, eləcə də müasir zamanda belə hallar tez-tez baş verib:

"İranla "Türkmənçay" müqaviləsinin bağlanması ərəfəsində rus qoşunlarının geri çəkilməsi ölkədaxili vəziyyətlə bağlı idi. Birinci Dünya Müharibəsinin əvvəlindəki çar Rusiyası ilə sonundakı xeyli fərqlənirdi. 1917-ci ildən başlayaraq Rusiyada ikitirəlik mövcud idi. Ölkədə yaranmış sosial-iqtisadi, ən vacibi hərbi vəziyyətə görə çar Aleksandr Avropanın mərkəzindən qoşunları geri çağırdı. Putin bu amilləri nəzərə almadan çox iri müharibəyə başladı. Rusiya liderinin niyyəti müharibəni uzun davam edirib, Avropanın içərilərinə girmək idi", -siyahi şərhçi əlavə edib.



M.Əhmədoğlu qeyd edib ki, "Vaqner" döyüşçülərinin hərəkəti, ABŞ prezidentinin məsələdən xəbərdar olması Rusiyanın Avropanın içinə hərbi müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır: "Bu, Rusiyanı zəiflədəcək. Lakin indidən Rusiya imperiyasının çökməyindən danışmaq çox tezdir".

Politoloq qeyd edib ki, hadisələrə Qafqazdan baxdıqda iki istiqamət görünür: "Bunlardan biri Ukrayna ərazisində müharibə edən Rusiya ordusunun üçtərkibli olmasından irəli gəlir. Rusiya ordusunda "Vaqner"lə yanaşı, "Kadirov"çular da döyüşür. Belə əhval-ruhiyyə onlara da keçə bilər. Kadırov da hesab edir ki, Qafqazı kənar qüvvələrdən, ABŞ-dan qorumaq vacibdir və bu formal tezisdir. O, Qafqaz üçün belə bir təhlükənin olduğunu düünüb avtonom rejim qura bilər.

İkinci istiqamət sırf bizimlə bağlıdır. Məlumdur ki, Rusiya sülhməramlıları Qarabağda yerləşdirilib. Onların mərkəzi qərargahı Rostovdadır. Rostovdakı hərbi strukturlar, o cümlədən bizim ərazimizdə olan sülhrəmalılara göstəriş verən mərkəz də "Vaqner"çilərin nəzarəti altındadır. Rusiya sülhməramlılarına Rostovda fərqli göstərişlər gələ bilər. Ermənilər bundan istifadə edib Rusiya sülhməramlılarına hərbi göstərişlər təşkil edə bilər. Ən yaxşısı yaranmış vəziyyətdən istifadə edərək onların Azərbaycan ərazisindən çıxarılıb, Rostovda öz iqamətgahlarına göndərilmələrini arzu etmək daha yaxşıdır", deyə M.Əhmədoğlu əlavə edib.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini və bir çox döyüşçünün öldüyünü deyib. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Rusiya   Vaqner  



Xəbər lenti