Putin Afrikaya rus taxılını vəd etdi

   Putin Afrikaya rus taxılını vəd etdi
  27 İyul 2023    Oxunub:1273
"Rusiya Afrika ölkələrinə taxıl tədarükünə diqqət yetirir və bundan sonra da göstərəcəkdir".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Ölkəmiz həm kommersiya baxımından, həm də Afrikanın ən ehtiyacı olan ölkələrinə təmənnasız yardım şəklində Ukrayna taxılını əvəz edə bilir”, - deyə Rusiya lideri Rusiya-Afrika sammitinin plenar iclasında bildirib.

Putin qeyd edib ki, Rusiya taxılının tədarükləri digər məsələlərlə yanaşı, BMT-nin Ərzaq Proqramı vasitəsilə humanitar yardım kimi həyata keçiriləcək.

Onun sözlərinə görə, Rusiya bütün məhdudiyyətlərə baxmayaraq, təkcə cari 2023-cü ilin birinci yarısında Afrikaya 10 milyon ton taxıl ixrac edib.

"Moskva yaxın gələcəkdə Burkina Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası, Eritreyaya 25 min ton taxıl çatdırmağa hazırdır. Çünki Rusiyada bu il yenidən rekord məhsul gözlənilir”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti