İçdiyimiz bu suda da nöqsan çıxdı
Belə ki, müəssisədə mərkəzləşdirilmiş su sistemindən gələn suların (əhaliyə verilən sular) filtrdən keçirilərək qablaşdırıldığı aşkarlanıb. Həmçinin, müəssisədə təkrar istifadə üçün nəzərdə tutulan qablaşdırma materialarının yuyulub-təmizlənməsinin, suyun qablaşdırılmasının eyni sahədə həyata keçirildiyi, qablaşdırma materiallarının saxlanması üçün müvafiq sahənin ayrılmadığı, emal olunmuş məhsullara dair etiket məlumatlarının dolğun qeyd olunmadığı, temperatur rejiminə əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin qoruyucu torla təmin olunmadığı, həmçinin mütəmadi dezinfeksiya işlərinin aparılmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi məlum olub.
Aşkar olunmuş nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin istehsal fəaliyyəti məhdudlaşdırılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


