Hikmət Hacıyev Ermənistan parlamentinin sədrinə cavab verib

   Hikmət Hacıyev Ermənistan parlamentinin sədrinə cavab verib
  27 İyul 2023    Oxunub:1410
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan parlamentinin sədri Alen Simonyana cavab verib.
Hikmət Hacıyev "Twitter" hesabında Simonyanın ittihamına cavab verib. “Ermənistanın siyasi rəhbərliyi sözlə oynamaq əvəzinə, Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş manipulyasiya, dezinformasiya və yanlış məlumatlandırma oyunlarına, təbliğat kampaniyasına son qoymalıdır! Ağdam-Xankəndi yolu açıq və işləkdir!”, - Hikmət Hacıyev paylaşımında qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti