Bu gün Məhərrəm ayının onuncu günü, Aşuradır
Hər il olduğu kimi, bu il də Aşura günü qanvermə aksiyaları təşkil olunacaq. Qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində keçiriləcək.
Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi imam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.
Qeyd edək ki, bu il iyulun 19-dan başlayan Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


