DİN evdə tək və köməksiz qalan uşaqlarla bağlı məlumat yaydı

 DİN evdə tək və köməksiz qalan uşaqlarla bağlı məlumat yaydı
  28 İyul 2023    Oxunub:1325
Sosial şəbəkələrdə azyaşlı uşaqların evdə tək və köməksiz qalması barədə yayılmış görüntülər Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.
DİN-in mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov AzVision.az -a bildirib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin həmin ünvan müəyyən edilib və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə ailəyə baxış keçirilib.

Onlar İcra Hakimiyyəti orqanına dəvət olunublar. Bundan sonra ailənin yaşam şəraitinə qiymət verilərək yaxşılaşdırılması üçün müvafiq qərar qəbul olunacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti