Əliağa Vahidin qızının sosial vəziyyəti çox acınacaqlıdır - VİDEO

   Əliağa Vahidin qızının sosial vəziyyəti çox acınacaqlıdır -    VİDEO
  28 İyul 2023    Oxunub:1558
Şair, qəzəlxan Əliağa Vahidin qızı Firəngiz xanımın maddi vəziyyəti yaxşı deyil.
Bununla bağlı tarzən Humay Qədimova öz instaqram hesabında məlumat paylaşıb. O, bildirib ki, şairin qızı işsizdir, evi isə çox pis vəziyyətdədir.

"Əliağa Vahid Azərbaycan poeziyasına orta əsr qəzəl üslubunu gətirməklə tanınıb. Onun yadigarı Firəngiz xanımla görüşdüm. Sosial vəziyyəti çox acınacaqlı durumdadır. Xanəndələr və meyxanaçılar ziyarətiniz savab olar",-deyə tarzən yazıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: ƏliağaVahid  



Xəbər lenti