"YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatıb

"YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatıb
  28 İyul 2023    Oxunub:1097
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən 3-cü “YAŞAT” düşərgəsində bir sıra maraqlı tədbirlər təşkil olunub.
İkinci həftənin 5-ci günündə uşaqların idman və hovuz saatları, eləcə də psixoloqlarla görüşləri baş tutub.

Həmçinin iştirakçılar "Bilim Bakı" mərkəzi tərəfindən təşkil olunan dizayn laborotoriyasında yeni məlumatlar əldə ediblər.



Azərbaycanın voleybol üzrə kişilərdən ibarət milli yığma komandasının üzvləri uşaqlarla həmin idman növünün özəllikləri barədə təcrübələrini paylaşıblar.

Bağlanış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov uşaqlarla görüşüb, onlara sertifikatlarını və müxtəlif hədiyyələrini təqdim edib.

Bununla da düşərgənin ikinci həftəsinə yekun vurulub.

Tərəfdaşlar: “PMD Hospitality’’ şirkəti, “Shamakhi Palace Sharadil” Hoteli;

Baş sponsor: Bakcell;

Sponsorlar: “Nar", “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi;


Media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radio









AzVision.az


Teqlər:



Xəbər lenti