Ölkə üzrə 1 699 vahid qan toplanılıb - YENİLƏNİB

   Ölkə üzrə 1 699 vahid qan toplanılıb -    YENİLƏNİB
  28 İyul 2023    Oxunub:1299
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda keçirilən könüllü qanvermə aksiyasında saat 16:00 kimi 1 699 vahid qan toplanılıb.
Səhiyyə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, bunun 1210 paytaxt üzrə, 489 vahidi isə regionların payına düşür.

***

Saat 12:00-a olan məlumata əsasən, ümumillikdə ölkə üzrə 885 vahid qan yığılıb.

Bu barədə AzVision.az -a Səhiyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, yığılan qan Bakı üzrə 630, regionlarda isə 255 vahid təşkil edib.

Vurğulanıb ki, Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə Məhərrəm ayının 10-u, Aşura ilə əlaqədar keçirilən könüllü qanvermə aksiyası davam edir.

AzVision.az



Teqlər:



Xəbər lenti