SOCAR-ın beş vitse-prezidenti vəzifəsindən azad edildi

   SOCAR-ın beş vitse-prezidenti vəzifəsindən azad edildi
  28 İyul 2023    Oxunub:1788
Daşqın Ələm oğlu İskəndərov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Bədəl Şamil oğlu Bədəlov, Xalik Rəfi oğlu Məmmədov, Yaşar Aydın oğlu Lətifov və Süleyman Mehrəli oğlu Qasımov da Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

Bu sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti