Dənizdə batan 2 nəfər xilas edilib - VİDEO

Dənizdə batan 2 nəfər xilas edilib -    VİDEO
  29 İyul 2023    Oxunub:1348
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Astara” sularda xilasetmə məntəqəsinin ərazisində xidmət aparan xilasedicilər 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşdiyini müşahidə ediblər.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, dərhal xilasetmə əməliyyatına başlayan xilasedicilər tərəfindən dənizdə batma təhlükəsində olan 2002-ci il təvəllüdlü Haqverdiyev Şükür Ramil oğlu və 2006-cı il təvəllüdlü Əliyev Seymur İlkin oğlu xilas ediliblər.



AzVision.az


Teqlər:



Xəbər lenti