"MİDA-da ilk mənzil seçimi 27-ci saniyədə olub"

   "MİDA-da  ilk mənzil seçimi 27-ci saniyədə  olub"
  29 İyul 2023    Oxunub:1553
Bu gün Bakının Yeni Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində güzəştli satışa çıxarılan ümumilikdə 1 189 mənzilin seçimi başa çatıb .
AzVision.az xəbər verir ki, mənzil seçimində müşahidəçi olaraq iştirak edən Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz MİDA-nın canlı yayım təşkil etmədiyini vurğulayıb.

13 mindən çox iddiaçının aktiv görsəndiyini qeyd edən O.Gündüz ilk mənzil seçiminin 27-ci saniyədə baş tutduğunu vurğulayıb:

"İştirakçıların bəziləri ilk seçimin 29-cu saniyədə olduğunu bildirdilər. Ötən dəfə ilk seçim 31-ci saniyədə baş tutmuşdu. DEMO ilə real satış modulu gözlənildiyi kimi fərqliydi. MİDA seçim prosesində olan CAPTCHA -nın (6 rəqəmli kod) həm mahiyyətini, həm də yerlərini dəyişmişdi. Beləliklə, MİDA-nın növbəti satışı ciddi fəsadlar olmadan yekunlaşdı. Daha dəqiq məlumatları MİDA-nın yekun rəsmi məlumatından, log faylların açıqlanmasından sonra qeyd etmək mümkün olacaq.

Yeri gəlmişkən, artıq ikinci satışdır ki, MİDA Ernst&Young beynəlxalq auditor şirkətinin xidmətlərindən istifadə etmir.

Güman ki, kritik informssiya infrastrukturun təhlükəsizliyi ilə bağlı dəyişikliklərdən sonra bu məsələlərə DTX nəzarət edir".


Teqlər:



Xəbər lenti