Leysan və dolu yağacaq

   Leysan və dolu yağacaq
  30 İyul 2023    Oxunub:1508
İyulun 30-u axşamdan 31-i gündüzədək bəzi şimal və şərq rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

AzVision.az


Teqlər:



Xəbər lenti