BQXK əməkdaşları saxlanılan erməniyə baş çəkiblər

   BQXK əməkdaşları saxlanılan erməniyə baş çəkiblər
  30 İyul 2023    Oxunub:1287
29 iyul tarixində BQXK əməkdaşları, eyni gündə saxlanılan erməni əsilli şəxsə baş çəkiblər. Həmin şəxsə ailəsi ilə əlaqə üçün şərait yaradılıb.
Bunu "Modern.az"a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Mandatına uyğun olaraq BQXK, başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.

AzVision.az


Teqlər:



Xəbər lenti