Surət Hüseynov Gəncədəki evindən götürüləcək

Surət Hüseynov Gəncədəki evindən götürüləcək
  01 Avqust 2023    Oxunub:1666
Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun nəşi Gəncədəki evinə gətiriləcək.
AzVision.az xəbər verir ki, mərhumun evinin qarşısında yas çadırı qurulub.

Surət Hüseynov Gəncə şəhərinin 4 saylı qəbiristanlığında, ata və anasının məzarı yanında dəfn olunacaq.

Qeyd edək ki, ötən gün 64 yaşlı Surət Hüseynov İstanbuldan Moldovaya gedərkən səhhətindəki problemlə bağlı vəziyyəti ağırlaşıb. O, Türkiyədəki xəstəxanasda vəfat edib.



AzVision.az


Teqlər:



Xəbər lenti