Bir qrup amerikalı jurnalist və media eksperti Ağdamda
Sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı erməni vandalizmi nəticəsində ərazidəki tarixi, mədəni və dini abidələrin əksəriyyətinin dağıdıldığını bildirib.
Amerikalı jurnalistlər Cümə məscidini, Şəhidlər xiyabanını və Ağdam Dram Teatrını ziyarət ediblər. Onlara bu memarlıq abidələrinin işğaldan əvvəlki vəziyyətini əks etdirən fotoşəkillər göstərilib. Xarici qonaqlar qarşılaşdıqları mənzərədən şoka düşdüklərini gizlətməyiblər.
Qonaqlar Ağdam rayonunda aparılan bərpa işlərinin gedişi ilə də tanış olub və Ağdam Konfrans Mərkəzini ziyarət ediblər.
Səfər zamanı nümayəndə heyətini Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları müşayiət ediblər. Nümayəndə heyətinin üzvləri Bakıda da bir sıra görüşlər keçirib, Heydər Əliyev Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


