Dövlət sərhədini pozan Ermənistan vətəndaşı saxlanılıb

   Dövlət sərhədini pozan  Ermənistan vətəndaşı  saxlanılıb
  01 Avqust 2023    Oxunub:1551
Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci il təvəllüdlü Begleryan Rashid Aramis saxlanılıb.
Bu barədə AzVision.az -a DSX-dən məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: DSX  



Xəbər lenti