Bakıda qardaş bacısını yumruqla öldürdü

   Bakıda qardaş bacısını yumruqla öldürdü
  02 Avqust 2023    Oxunub:1455
Avqustun 2-də saat 13 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Əfəndiyeva Məlahət Vaqif qızının yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az - a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 1967-ci təvəllüdlü Əfəndiyev Azər Vaqif oğlu polisə gələrək təslim olub.

O saxlanılıb. İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti