Nazirlik ana südü ilə bağlı çağırış etdi

Nazirlik ana südü ilə bağlı çağırış etdi
  02 Avqust 2023    Oxunub:1310
Son araşdırmalara görə, ana südündə kök hüceyrələr aşkarlanıb ki, bu da körpələrdə orqan və toxumaların bərpasına kömək edir.
Bunu Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı İlhamə Mirzəyeva deyib. Həkim bildirib ki, ana südü əvəzolunmaz qidadır.

“Körpələrimizin sağlam gələcəyi üçün mütləq ana südü ilə qidalandırılmalıdırlar. Ana südü körpələrimizi bir çox xəstəliklərdən qoruyur. Uşaq doğulandan sonra ananın sinəsi üzərinə qoyulmalı və ana südü ilə qidalandırılmalıdır. Ana südünün ilk saatlardakı tərkibi ilə sonrakı günlərdəki tərkibində də fərq olur.

Uşaq doğulandan sonra anada yaranan süd uşaq üçün çox faydalıdır və körpədə bir çox infeksion xəstəliklərə qarşı immunitet yaradır. Buna görə əks göstəriş yoxdursa, körpə doğulandan sonra yarım saat içərisində ana südü ilə qidalandırılmalıdır”, - deyə həkim qeyd edib.

AzVision.az


Teqlər:



Xəbər lenti