Azərbaycan Ordusunun fərdi hazırlığı yoxlanılır

Azərbaycan Ordusunun fərdi hazırlığı yoxlanılır
  02 Avqust 2023    Oxunub:1269
2023-cü ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi hazırlığının yoxlanılması məqsədilə tədbirlər keçirilir.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Müxtəlif təlim mərkəzlərində şəxsi heyətin ümumqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra hazırlıqları yoxlanılır.

Ümumilikdə sinif otaqları, o cümlədən çöl-səhra şəraitində keçirilən yoxlamaların məqsədi şəxsi heyətin fərdi və praktiki hazırlığının qiymətləndirilməsidir.



AzVision.az


Teqlər:



Xəbər lenti