Şabranda ağır qəza olub

Şabranda ağır qəza olub
  03 Avqust 2023    Oxunub:1127
Bu gün Şabran rayonunda daha bir avtoqəza baş verib.
Rayonun Sincanboyad kəndində üç avtomobil toqquşub.

Belə ki, zəncirvari qəzada iki nəfər - 1988-ci il təvəllüdlü Hüseynov Zöhrab Nuralı oğlu və 2008-ci il təvəllüdlü Hacıyev Oruc Səxavət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında da Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.(Report)


Teqlər:



Xəbər lenti