Mingəçevir su anbarında batanların meyiti tapıldı - YENİLƏNİB
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
Mingəçevir su anbarında 2 nəfər batıb.
Bu barədə AzVision.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) xəbər verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində Mingəçevir su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Axtarışlar davam etdirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


