Qızılağac Milli Parkındakı yanğın söndürülüb

   Qızılağac Milli Parkındakı yanğın söndürülüb
  07 Avqust 2023    Oxunub:1393
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Neftçala rayonu, Qızılağac Milli Parkında baş vermiş yanğın ərazinin çətin keçilən bataqlıq və küləkli hava şəraitinə baxmayaraq tam söndürülüb.
Bu barədə AzVision.az -a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Yanğın nəticəsində təxminən 200 hektar sahədə kol-kos və qamışlıq yanıb. Milli Parkın böyük hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və yerli icra hakimiyyətinin müvafiq qüvvələri iştirak edib.

AzVision.az


Teqlər:



Xəbər lenti