Rusiya sülhməramlıları erməniləri məyus etdilər
- 9 noyabr üçtərəfli bəyanatı avtoyürüşlərin müşayiətini, habelə müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyinin təminatını nəzərdə tutmur. Rusiya sülhməramlı qüvvələrinin postlarından keçərkən nəqliyyat vasitələri daşınması qadağan edilmiş odlu silahların, hərbi sursatın və partlayıcı maddələrin olub-olmadığınının aşkarlaması məqsədi ilə yoxlanılır”, - polkovnik Sazonovun cavab məktubunda vurğulanır.
Bir müddətir ki, Ermənistan və onun havadarları Qarabağ bölgəsindəki erməni separatçıların qalıqlarının vasitəsi ilə Azərbaycanı təxribata çəkmək üçün dəridən-qabıqdan çıxsalar da heç nəyə nail ola bilmirlər. 9-10 noyabr 2020-ci il Üçtərəfli Bəyannamədən irəli gələn “öhdəlik”lər çərçivəsində bölgədə müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların “təhlükəsizliyi çətiri” altında Həkəri çayı üzərindəki körpüyə avtomobil yürüşü təşkil etmək “istəyi” də məhz həmin siyasətin elementlərindən biridir.
Lakin Azərbaycanın gücü və beynəlxalq miqyasda artan nüfuzu Moskvanı erməni təxribatının yedəyində getməkdən, öz dövlət maraqlarını Ermənistanın təcavüzkar siyasətinin girovuna çevirməkdən çəkindirir. Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılarının komandanının müavini polkovnik Sazonovun erməni separatçılarına cavabı özlüyündə məhz bu reallığın inikasıdır.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


