Xaçatryan ailəsinə məktub yazdı

   Xaçatryan ailəsinə məktub yazdı
  07 Avqust 2023    Oxunub:1183
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçatryana baş çəkiblər.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Xaçatryanın qızı Vera Xaçatryan açıqlayıb.

Qırmızı Xaç nümayəndələri atasının qeydini də veriblər.

“Özümü yaxşı hiss edirəm, hər zaman sənin haqqında düşünürəm, hər şey yaxşı olsa, qayıdacağam”, - Vera Xaçatryan məktubunda deyib.

Xatırladaq ki, Vaqif Xaçatryan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. O, keçirilmiş axtarış tədbirləri nəticəsində cari il iyulun 29-u BQXK-nın vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti