Dövlət Departamenti: “Ermənistan və Azərbaycan arasında sülh sazişi əlçatandır”

      Dövlət Departamenti:    “Ermənistan və Azərbaycan arasında sülh sazişi əlçatandır”
  07 Avqust 2023    Oxunub:1064
“Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh sazişi (Ermənistan və Azərbaycan arasında - Qeyd) əlçatandır”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib. “Buna (Sülhə - Qeyd) nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik. Biz bu ölkələrlə birbaşa əlaqə saxlamışıq”-deyə, o bildirib.

Miller xatırladıb ki, ötən həftə Dövlət Departamentinin xüsusi nümayəndəsi Lui Bono bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə saxlayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti