Britaniya Azərbaycanda minatəmizləməyə əlavə maliyyə ayırdı

   Britaniya Azərbaycanda minatəmizləməyə əlavə maliyyə ayırdı
  08 Avqust 2023    Oxunub:1148
Böyük Britaniya hökuməti Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üçün əlavə 500 min funt-sterlinq ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld tviterdə paylaşım edib.

Qeyd edilib ki, bu vəsait Azərbaycanın Minatəmizləmə Agentliyi və BMT-nin Azərbaycandakı İnkişaf Proqramı ilə tərəfdaşlıq çərçivəsində mina təmizləmə sahəsində Azərbaycanın potensialının artırılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.

AzVision.az


Teqlər:



Xəbər lenti